Bağla

Nicat Qərib oğlu Mirzəzadə

Quruluşçu rejissor

1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. Doğulduğu rayonda orta məktəbi bitirib (1997-2008). Orta məktəbi bitirdikdən sonra 2008 ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2012-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2014-2021-ci illərdə C. Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 

Fəaliyyəti:

C. Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı

D. Çizmeli – “Cümhuriyyətin ilk səadası” tarixi dram -  quruluşçu rejissor;

Hidayət – İrəvanda xal qalmadı – Tarixi xronoloji dram – quruluşçu rejissor;

Hidayət – Ömürdən uzun gecə - Mistik dram – quruluşçu rejissor;

Yosef Bar Yosef – Qəliz adamlar – Psixoloji dram – quruluşçu rejissor;

Boris İoseleviç – Yeləncəkdə iki nəfər – Eşq dramı  – quruluşçu rejissor;

Kobo Abe – İstehkam – Dram – quruluşçu rejissor;

Cəfər Cabbarlı – Vəfalı Səriyyə - Məişət dramı - quruluşçu rejissor;

İftixar – Qanlı qızıl toy – faciə - İkinci rejissor;

Sabir Şahtaxtı – Ölüm həsrəti – Faciə - quruluşçu rejissor;

Elçin – O da aşiq ola – Multikulturalizm – quruluşçu rejissor: (dövlət sifarişi);

İmir Məmmədli - Oğru və Doğru - Komediya - quruluşçu rejissor;

Elçin - Akvariuma sifariş - Mistik Dram - quruluşçu rejissor: (dövlət sifarişi).

Mingəçevir Dövlət Dram Teatrı

A.P.Çexov – Ayı – Komediya – Quruluşçu rejissor;

Xaqani Əliyev – Molla Nəsrəddin və Kosa, Keçəl – komediya - quruluşçu rejissor.

Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” adlı pyesi əsasında quruluş verdiyi  tamaşa Türkiyə Cümhuriyyətinin 17 şəhərində  tamaşaçılara təqdim olunub. Müxtəlif diplom və mükafatlara layiq görülüb. 

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar birliyinin nəzdində fəaliyyət göstərən Dramaturgiya şöbəsində “Səhnə” yaradıcılıq qurumunun məsul katibidir. Gənc yazar olaraq prezident təqaüdünə layiq görülüb. Ailəlidir, bir övladı var.