Bağla

Füzuli DDT-ı "Qış möcüzəsi-5" adlı şou proqramla “N” saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edib

26-12-2019, 13:00

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibəti ilə hazırlanmış "Qış möcüzəsi-5" adlı şou proqramı Füzuli və Beyləqan rayonu ərazisində yerləşən hərbi hissənin və sərhəd qoşunları heyətinin uşaqlarına təqdim edib.

Şou-proqram bayram ərəfəsində uşaqlarda xoş əhval-ruhiyyə yaradıb və maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, teatr " Qış möcüzəsi-5" adlı şou-proqramın 10 yanvar 2020-ci il tarixinədək rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində, eyni zamanda hərbi hissələrdə nümayişi nəzərdə tutulub.

Şou-proqramın ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır.