Bağla

Füzuli DDT-ı Bakı Bələdiyyə Teatrı ilə birlikdə "N" saylı hərbi hissədə olub

15-11-2017, 13:43

Füzuli Dövlət Dram Teatrı mütəmadi görüşlərin davamı olaraq "N” saylı hərbi hissədə repertuarında olan tamaşalardan parçalar və konsert proqramı ilə çıxış edib.

Teatrı ilə yanaşı Səbail rayon YAP təşkilatının nümayəndələri, millət vəkilləri, Bakı Bələdiyyə Teatrı, başda teatrın direktoru, xalq artisti Amaliya Pənahova da həmin tədbirdə iştirak edib. Bir-birini əvəzləyən möhtəşəm konsert proqramı əsgərlərdə yüksək stimul yaradıb.

Teatr hərbi hissədə çıxışlarına və xidmətlərinə görə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Fəxri fərmanı ilə təltif olunub.

Sonda xatirə şəkli çəkdirilib.