Bağla

Füzuli Dövlət Dram Teatrı "Qış möcüzəsi-5” adlı şou-proqrama start verir

10-12-2019, 09:14

Füzuli Dövlət Dram Teatrı 15 dekabr 2019-cu il tarixindən yeni il münasibətilə hazırlanmış şou proqrama start verəcək.

Teatrın repertuarında olan Nicat Kazımovun "Ələddinin sehrli çırağı" tamaşası əsasında hazırlanan " Qış möcüzəsi 5 " adlı şou proqramın rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, hərbi hissələrdə nümayişi nəzərdə tutulub.

Şou proqramda müxtəlif nağıl qəhrəmanları, cizgi film simvolları, ən əsası isə Şaxta baba və Qarqızın maraqlı bayram sərgüzəştləri ilə teatrsevənlərin qonağı olacaq.

Şou-proqramın ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadı.

Məlumat üçün bildirək ki, şou-proqram 10 yanvar 2020-ci il tarixinə qədər davam edəcək.