Bağla

Füzuli Dövlət Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

10-05-2023, 14:08

Füzuli Dövlət Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib.

Bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq, xalqımız var olduqca o da yaşayacaq.

Hazırda Füzuli Dövlət Dram Teatrı Heydər Əliyev yolun tutaraq daim əzmlə, səylə çalışır. Dövlətimiz hər zaman incəsənətimizi diqqətdə saxlayır. Belə ki, teatrın iki əməkdaşı Şirinov Asif və Mirzəzadə Nicat Azərbaycan Respublikasının Prezidentinin mükafatına layiq görülüb. Buna paralel olaraq teatrın aparıcı aktyoru Qaçaq Qarayev Ulu Öndərin 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı bədii qiraət müsabiqəsində iştirak edib və diplomla təltif olunub.

Tədbirin sonunda xatirə şəkli çəkilib.