Bağla

Füzuli Dövlət Dram Teatrının kollektivi əsgərlərlə görüşüb

16-06-2016, 13:36

Füzuli Dövlət Dram Teatrı ənənəyə uyğun olaraq "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Konsert və tamaşa proqamı ilə əsgərlərin görüşünə gedən teatr repertuarında olan Səttar Axundovun "Bəndalı bəndə düşüb”, Əfqan Əsgərov "Qız atası”, Əli Əmirli "Onun iki qabırğası” tamaşalarından parçalar təqdim edib.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Əli Hüseynov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Firuzə Səfərəliyeva, Elşən Gözəlov, Elçin Məmmədov, Vüqar Babayev və başqaları çıxış edib.

Teatrın aktrisa və aktyorlarının ifasındakı rəqslər, gözəl mahnılar və aparıcıların vətənpərvərlik mövzusundakı şer və sözləri əsgərlərdə yüksək stimul yaradıb.