Bağla

Füzulidə orta məktəb şagirdləri arasında bilik yarışması keçirilib - FOTO

02-05-2016, 15:42

"Sevincli ümidlər"nclərinİnkişafınaDəstək İctimaiBirliyinintəşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə Füzuli Dövlət Dram Teatrının binasında Multikulturalizmə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Elmlər Akademiyasının elmi işçisi Lalə Əliyeva, Füzuli Rayon Təhsil Şöbəsinin rəsmiləri, Füzuli Dövlət Dram Teatrının kollektivi, Horadiz Şəhər orta məktəbinin müəllim və şagird heyəti, Füzuli Rayon YAP gənclər təşkilatının sədri Tural Nəbiyev və digərləri iştirak edib.

Tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi anılıb, dövlət himni səsləndirilib.

İlk öncə çıxış edən layihə rəhbəri Sevinc Qəhrəmanlı Multikulturalizmlə bağlı danışıb və tədbirdə baş tutacaq bilik yarışı haqqında məlumat verib.

Digər çıxış edənlər bu cür tədbirlərin gənclərin inkişafına dəstək olduğunu, Azərbaycanın Multikulturialzm və tolerantlığın mərkəzi kimi formalaşdığını qeyd edib.

Tədbirdə Füzuli Dövlət Dram Teatrının kollektivinin təqdimatında adət-ənənəmiz,tariximiz,qədimliyimiz əks olunub. Daha sonra hər komanda da 6 nəfər olmaqla şahmat, rəsm, bədii qiraət, məntiq, inşa yazı müsabiqəsi yarışına start verilib.

Yarışda fərqlənən şagirdlərə "Sevincli ümidlər " İB-nin diplomları təqdim olunub.