Bağla

Müəllimlər günü münasibətilə “Nənənin kələyi” əsəri tamaşaçılara nümayiş olunub

05-10-2018, 15:23
Füzuli Dövlət Dram Teatrı Müəllimlər günü münasibətilə Horadiz şəhər Muğam mərkəzində 2018-ci ilin repertuarında olan Əhmәd Orucoğlunun "Nənənin kələyi” əsəri ilə tamaşaçılar qarşına çıxıb. 

Tamaşa bayram ərəfəsində bütün müəllim kollektivi və gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Sehran Xanlarov, Elşən Gözəlov, Qaçaq Qarayev və başqaları çıxış edir.