Bağla

Polis şöbəsinin əməkdaşları “Hacı Qəmbər” tamaşasını izlədi

09-10-2015, 10:25

Füzuli Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” əsərini rayon polis şöbəsi işçilərinə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Əsmər İbrahimova, Elçin Məmmədov, Nicat Süleymanzadə, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Sehran Xanlarov və başqaları çıxış edib.

"Hacı Qəmbər tamaşasının rayon polis şöbəsi işçiləri tərəfindən bəyənildiyi xüsusi qeyd edilib. Daha sonra xatirə şəkili çəkdirilib.