Bağla

"Qarabağ ətirli Novruzum" adlı kütləvi xalq bayramı nümayiş olunub

17-03-2022, 16:48

Füzuli Rayon Mədəniyyət Evi və Füzuli Dövlət Dram Teatrının birgə hazırladığı "Qarabağ ətirli Novruzum" adlı kütləvi xalq bayramı nümayiş olunub.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət işçiləri, rayon ictimaiyyəti iştirak edib. Konsert proqramına daxil olan Kosa ve Keçəlin bayram sərgüzəştləri, aparıcıların bayram təbriki, mədəniyyət işçilərinin ifasında bayram ruhlu mahnılar və rəqslər, el ağsaqqalı Dədə Qorqudun bayram xeyir-duası xoş əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar tədbirlərə mart ayının 15-dən start verilib.