Bağla

“Qış möcüzəsi-3” adlı şou-proqram nümayiş etdiriləcək

21-12-2021, 13:21

Füzuli Dövlət Dram Teatrı Yeni ilə həsr olunmuş “Qış möcüzəsi-3” adlı şou-proqram hazırlayıb.

Öncə proqram təmənnasız olaraq qazi və şəhid övladlarına nümayiş etdiriləcək.

Şou-proqramda sizləri nağıl qəhrəmanları, cizgi film simvolları - Maşa və Ayı, canavar və dovşanın, ən əsası Şaxtababa və Qar qızın maraqlı çıxışları gözləyir. 

Şou-proqram 20.12.2021-ci il tarixdən 10.01.2022-ci il tarixədək Füzuli Dövlət Dram Teatrının binasında keçiriləcək. Biletləri teatrın kassasından əldə edə bilərsiz.

Yeni iliniz mübarək!