Bağla

Şəhid və qazi ailələrinə dəstək məqsədilə Novruz şənliyi keçirilib

18-03-2022, 12:32

Füzuli Rayon İcra Hakimiyyəti və “Beyləqan Gənclərinin maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatı  və Füzuli Dövlət Dram Teatrının iştirakı ilə “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” lahiyəsi çərçivəsində Novruz şənliyi keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığı bildirib.

Tədbir Füzuli Dövlət Dram Teatrının şəhid övladları üçün hazırladığı "Qarabağ ətirli Novruzum" adlı şou-proqramla davam etdirilib. Konsert proqramına daxil olan Kosa ve Keçəlin bayram sərgüzəştləri, aparıcıların bayram təbriki, teatrın aktyorlarının ifasında bayram ruhlu mahnılar və rəqslər, el ağsaqqalı Dədə Qorqudun bayram xeyir-duası şəhid uşaqlarında xoş əhval-ruhiyyə yaradıb

Sonda uşaqlara hədiyyələr verilib və xatirə şəkli çəkilib.

Qeyd edək ki, tədbir şəhid  övladlarının sevincinə səbəb olub. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Füzuli Rayon İcra Hakimiyyətinə və Füzuli Dövlət Dram Teatrının kollektivinə öz minnətdarlıqlarını bildiriblər.