Bağla

Teatr 20 yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar silsilə tədbirlərə start verib

16-01-2019, 10:54
Füzuli Dövlət Dram Teatrı 20 yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanmış "Müstəqilliyə aparan yol” adlı poetik xalq tamaşası ilə rayonun işğaldan azad olunmuş kəndlərində, yeni salınmış qəsəbələrdə və "N” saylı hərbi hissələrdə silsilə tədbirlərinə start verib.

Poetik xalq tamaşası Füzuli rayon səhiyyə işçilərinə təqdim olunub. 20 yanvar şəhidlərinin xatirələrini, həyat hekayəsini və qəhrəmanlıqlarının əks olduğu tamaşanın quruluşçu rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Elllinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. 

Tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Sehran Xanlarov və başqaları çıxış edir.