Bağla

Teatr Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə konsert-tamaşa proqramı ilə çıxış edib

07-11-2018, 12:16
Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissənin yaranmasının il dönümü ilə əlaqədar konsert-tamaşa proqramı ilə çıxış edib. 

Teatrın repertuarında olan tamaşalardan parçalar, aparıcıların əsgər həyatından bəhs edən çıxışları, teatr artistlərinin ifasındakı hərbi-vətənpərvərlik mahnıları və Dədə Qorqudun əsgərlərə öyüdü bütün hərbi hissə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Sonda teatr kollektivi mütəmadi olaraq hərbi hissədəki davamlı çıxışlarına görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.