Bağla

Teatr “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb

31-03-2017, 11:14

Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissənin yaranma günü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. 

Teatrın yaradıcı kollektivinin ifasında təqdim olunan tamaşalardan kiçik parçalar əsgərlərdə yüksək əhval-ruhiyyə yaradıb. Sonda teatr mütəmadi olaraq "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb, onların asudə vaxtlarını daha maraqlı və fərqli keçirmələrinə şərait yaratdığı üçün teatr hərbi hissə hərbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.