Bağla

Teatrda 2015-ci ilin yekunlarına dair iclas keçirilib

30-12-2015, 15:42

Füzuli Dövlət Dram Teatrında 2015-ci ilin yekunlarına dair iclas keçirilib.

İclası teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.

V.Vəliyev sonra teatrın il ərzindəki uğurlarından, həmçinin yaranmış nöqsanlardan danışıb və həmin nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.

Teatrın direktoru iclasın sonunda Füzuli Dövlət Dram Teatrının bütün kollektivini "Yeni il” bayramı münasibəti ilə təbrik edib, teatrın 2016-cı ildə daha da uğurlar qazanmasını arzu edib.