Bağla

Teatrda “Bəndalı bəndə düşüb” tamaşası oynanılıb

29-04-2015, 15:55

28.04.2015-ci il tarixində Füzuli Dövlət Dram Teatrında cari ilin repertuarında olan Səttar Axundovun "Bəndalı bəndə düşüb” tamaşası oynanılıb. 

Bu dəfə teatrın qonaqları rayon Polis şöbəsinin rəisi və şəxsi heyyəti, Füzuli Rayon Məhkəməsinin sədri, rayon prokurorunun köməkçisi, Cəbrayıl rayon Polis şöbəsinin rəisi və şəxsi heyəti, "N” saylı Hərbi hissə komandiri və əsgərləri olub. Qonaqlar tamaşanın onlara xoş əhval-ruhiyyə bəxş etdiyini bildiriblər. 

"N” saylı Hərbi hissə komandiri teatrın mütamadi olaraq hərbi hissələrdə və teatrda göstərilən yüksək səviyyəli tamaşalara görə teatrı Fəxri fərmanla təltif edib. 

Sonda xatirə şəkli çəkdirilib.