Bağla

Teatrın baş rəssamı Ellinaz Balaşovanın doğum günüdür

16-03-2022, 13:48

Füzuli Dövlət Dram Teatrında uzun müddətdir baş rəssam vəzifəsində çalışan Ellinaz Balaşovanın 58 yaşı tamam olur. 

Bu münasibətlə  E Balaşova teatrda uzun müddətli fəaliyyətinə görə rəhbərlik tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, Balaşova Ellinaz Famil qızı 16 mart 1964-cü ildə  Füzuli rayon Aşağı Yağlıvənd kəndində anadan olub. 1988-ci ildə 84 nömrəli peşə məktəbinin “Reklam tərtibatı üzrə rəssam” ixtisasını bitirib.

O, işlədiyi müddətdə S.S.Axundov "Tamahkar”, C.Məmmədquluzadə "Kamança”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, S.S.Axundovun "Eşq və İntiqam"  , Q.Rəsulov "Məhəbbət oyunu”, S.Dağlı "Oyun bitdi”, N.B.Vəzirov "Hacı Qəmbər”, Ə.Əmirli "Onun iki qabırğası”, İ.Əfəndiyev "Unuda bilmirəm”, S.Axundov "Bəndalı bəndə düşüb”, və s. tamaşaların quruluşçu rəssamı olub.

Sənətə dəyər verən, sənətkarlığı yüksək tutan Ellinaz xanımı yeni yaşı münasibətilə Füzuli Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.