Bağla

Füzuli teatrının sabiq baş mühasibi Anasim Rzayevin 70 yaşı münasibətilə tədbir keçirilib

04-07-2022, 16:23

Füzuli Dövlət Dram Teatrının sabiq baş mühasibi Anasim Rzayevin 70 yaşı tamam olub.

Bu münasibətilə teatrda yubiley tədbiri keçirilib. Tədbirdə səbəbkara teatrın direktoru Vaqif Vəliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Teatrın baş rejissoru, əməkdar artist Asif Şirinov, aparıcı aktrisa İntizar Quliyeva, baş mühasib əvəzləyicisi Gülbahar Zamanova Anasim Rzayevlə olan birgə xatirələrindən, onun insani keyfiyyətlərindən, hər zaman teatra, kollektivə dəstək olduğundan danışıblar.

Sonra teatrın hazırladığı şou proqram nümayiş olunub. Sonda xatirə şəkli çəkdirilib.

Rzayev Anasim Ədan oğlu 1 iyul 1952-ci ildə Füzuli şəhərində anadan olub.1974-cü ildə Füzuli rayon Mədəniyyət Evində hesabdar-kassir vəzifəsində işləyib.1989-cu ildən Füzuli Dövlət Dram Teatrında baş mühasib vəzifəsində çalışıb.Ailəlidi,3 övladı var.
Teatr Anasim müəllimi təqaüdə getməyi münasibətilə təbrik edib,xoş istirahət ,can sağlığı arzulayıb.