Bağla

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün əyləncəli proqram təşkil olunub

01-06-2023, 15:46

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə şəhid övladları üçün əyləncəli proqram təşkil olunub.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək şəhid övladlarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, ölkəmizdə şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. İcra başçısı bildirib ki, Vətən uğrunda canlarını qurban verən şəhidlərin övladları bizə əmanətdir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

Şou-proqramda nağıl qəhrəmanları və cizgi film simvollarının maraqlı çıxışları uşaqların böyük sevincinə səbəb olub.

Tədbirdə aktyorların ifasında şən mahnılar səslənib. Şənlikdə uşaqlar musiqi sədaları altında rəqs edib, nağıl və cizgi film qəhrəmanları ilə birgə əyləniblər.

Qeyd edək ki, tədbir şəhid övladlarının sevincinə səbəb olub.

Sonda isə uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.