Bağla

Ustad dərslərinin 3-ci günü  

16-04-2022, 12:39

Füzuli Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində ustad dərslərinə start verilib.

Ustad dərslərinin 3-cü günündə bədənin ifadə vasitələrinin inkişafı, bədən üzvlərinə aid çalışma və etüdlər, bədən dili ilə ünsiyyətin yaradılmasından bəhs olunub. Bildirilib ki, bədənin ifadə vasitələri özbaşına danışmır, müəyyəm qaydalara əsaslanır. Dəsrdə aktyorlar bu qaydalarla ünsiyyətin kodlarını açmağa çalışdılar.

Qeyd edək ki, ustad dərsləri aprelin 18-də başa çatacaq.