Bağla

YAP-ın yaranmasının ildönümü münasibətilə tədbir keçirilib

09-10-2017, 13:18

Yeni Azərbaycan partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar YAP Füzuli rayon təşkilatı Füzuli Dövlət Dram Teatrı ərazi ilk partiya təşkilatı yubiley tədbiri keçirib. İclası giriş sözü ilə açan teatrın direktoru əməkdar mədəniyyət işçisi, Füzuli Dövlət Dram Teatrı ərazi ilk partiya təşkilatının sədri Vaqif Vəliyev qonaqları salamladı və gündəlikdə duran məsələ barədə yığıncaq iştirakçılarına məlumat verdi. Çıxış edərək təşkilatın 2017-cı ildəki fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. 

Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər respublika səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər. FDDT ilk partiya təşkilatı YAP-ın Füzuli rayon təşkilatının təşkilatçılığı ilə keçirilən bir sıra layihələrə qoşulub.

Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının sədr müavini Rafael Zülfüqarov çıxış edərək iclas iştirakçılarına partiyanın fəaliyyətində yaxından iştirak etdikləri üçün  dərin təşəkkürünü bildirdi. Daha sonra qeyd etdi ki, ölkə başçısı, YAP-ın sədri cənab İlham Əliyevin apardığı siyasətin nəticəsi bütün dünyanın gözü qarşısındadır. Azərbaycanda həyat səviyyəsi gündən-günə yüksəlir və bütün sahələrdə -incəsənət, iqtisadiyyat, idman, təhsil sahəsində önəmli irəliləyişlər əldə olunur.

Sonda partiyaya yeni qoşulan gənc teatr işçiləri təbrik edildi və uğurlar arzulandı.