Bağla

Səbuhi Sergey oğlu Əhmədov

Ali dərəcəli aktyor

Səbuhi Sergey oğlu Əhmədov 26 sentyabr 1981-ci ildə Laçın rayonu Ərdəşəvi kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "aktyor sənəti" fakültəsi üzrə təhsil almışdır (2002-2006). Universiteti bitirdiyi ildən (2006)  Dərbənd Azərbaycan Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlamış, bu müddət ərzində (2006-2014) bir neçə səhnə əsərində iştirak etmiş, müxtəlif xarakterli obrazlar canlandırmışdır;

Zaur - "Bankir adaxlı" (musiqili komediya) T.Vəliyeva

İlqar - "Qayınana" (musiqili komediya) M. Şamxalov

Gündüz - "Sönmüş talelər" (dram) R. Rəhimli

Aydın - "Aydın" (faciə) C. Cabbarlı

Məzhər - "Yad qızı" (faciə) O. Kamal

Zaur - "Təhminə" Anar

Sarı - "Varlı qadın" Ə. Əmirli

Qoçu Əsgər - "O olmasın-bu olsun" (musiqili komediya) Ü. Hacıbəyov 

Knyaz Vano Pantiaşvili - "Xanuma" (musiqili komediya) A. Saqarelli və s.

A. V. Vışnevski - "Gəlirli yer" A. N. Ostrovski 

Sezar - "Sezarın qətli" A. Mədətov

2016 - 2023-cü il Ağdam Dövlət Dram Teatrında quruluşçu rejissor və aktyor vəzifəsində çalışmış, bu teatrda da bir çox tamaşalarda iştirak etmiş, bir neçə tamaşaya quruluş vermişdir; 

"İmperator" - (E. Hüseynbəyli)

"Xəcalət" - (H. Mirələmov)

"Mən ölməyəcəm" - (N. Cəfərov)

"Peterburqlu sələmçi" - (A. N. Nekrasov)

"Can üstə" - (A. Məsud)

"O qızın göz yaşları" - (Z. Yaqub)

"Keçəlin toyu" - (R. Əlizadə) 

"Xoşbəxtlik quşu" - (Ə. Hüseynov)

2025 ci ildən Füzuli Dövlət Dram Teatrının aktyor truppasında səhnə fəaliyyətini davam etdirir.