Gülgəz Yaqub qızı Soltanova 1983-cü ildə anadan olub. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında aktrisa, daha sonra rejissor assistenti olaraq çalışır. Teatrda işlədiyi müddətdə Nəcəf Bəy Vəzirov “Yağışdan çıxdıq yağmura düşdük” Cəvahir, Səbinə Haqverdiyeva “Nar şirəsi” Sevil, Akif Həsənoğlu “Yaddaş” gəlin, Abdulla Elşadlı “Tənhalığın evi” gənc Həvva, Şixəli Qurbanov “ Olmadı elə, oldu belə” tibb bacısı, Nəcəf Bəy Vəzirov “Müsibəti Fəxrəddin” Səadət, Əli Əmirli “Onun iki qabırğası” Ceyran, Qafar Cəfərli “Əsgər bayrağı” Nəzrin, Mövlud Süleymanlı “Yel Əhmədin bəyliyi” də Ağca və s. rolları canlandırıb.