Bağla

Füzuli Dövlət Dram Teatrı “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb

28-03-2018, 11:10
Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissənin yaranmasının 21-ci il dönümü ilə əlaqədar əsgərlərlə görüşüb. 

Repertuarında olan əsərlərdən parçalar, aparıcıların əsgər həyatına həsr olunmuş şeir və sözləri, aktyor və aktrisaların ifasında mahnılar əsgərlərdə ruh yüksəkliyi yaradıb. 

Sonda teatr kollektivi mütəmadi olaraq "N” saylı hərbi hissədə fəal iştirakına və şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaratdıqlarına görə fəxri fərmanlarla təltif olunub.