Bağla

Füzuli Dövlət Dram Teatrı şəhidlərin xatirəsini ehtiramla yad edib

27-10-2025, 22:59

Füzuli rayonunda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı” rayon­da fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən ziyarət olunur.

Bu gün Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.