Füzuli Dövlət Dram Teatrında 1 aprel Gülüş günü qeyd olunub
Füzuli Dövlət Dram Teatrında 1 aprel Gülüş günü qeyd olunub.
Füzuli Dövlət Dram Teatrı gülüş günü ilə əlaqədar 2019-cu ilin repertuarında olan Sahib İbrahimlinin "Sadığın toyu” tamaşasını Horadiz şəhər 2 nömrəli tam orta məktəb kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Asif Şirinov çıxış edir.
Tamaşa gələn qonaqlar, müəllim və şagird kollektivi tərəfindən böyük maraqla qarşılanıb.