Fevralın 18-də Füzuli Dövlət Dram Teatrının 2025-ci il repertuarında olan Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa Akademik Milli Dram Teatrında nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) oynayır.
Personajlar gerçək kimlikdən daha çox rəmzi mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.