Füzuli Dövlət Dram Teatrı Yeni ilə həsr olunmuş Səbuhi Əsədsoyun quruluşunda “Sehrli qış nağılı" adlı şou-proqrama start verib.
Şou-proqramda yeni il ərəfəsində Cadugər Şaxta Babanı oğurlayaraq bayram şənliyinin keçirilməsinə mane olmağa çalışır. Hadisədən xəbər tutan Qar Qız, Qırmızı Papaq, Qar adam, Tıq-tıq xanım və Cırtdan Şaxta Babanı tapmaq üçün axtarışa başlayırlar.
Birgə səylər nəticəsində Şaxta Baba tapılır və Cadugərə dostluq əli uzadılır. Səmimiyyət və mərhəmət Cadugərin dəyişməsinə səbəb olur. Nəticədə Şaxta Baba azad edilir və bayram sevinci yenidən uşaqlara qovuşur.
Şou-proqramda uşaqlara dostluğun, birliyin və xoş niyyətin hər zaman qalib gəldiyi aşılanır.
Şou-proqram 18.12.2025-ci il tarixdən 10.01.2026 - cı il tarixədək davam edəcək.