Bu gün Füzuli Dövlət Dram Teatrı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Teatrın kollektivi soyqırımı qurbanlarının xatirəsini əks etdirən abidəni ziyarət edərək, onun önünə tər güllər düzüblər. Sükutla anılan bu anlar xalqımızın tarixində silinməz iz qoymuş faciənin ağrısını bir daha yaddaşlarda canlandırıb.
Tədbir zamanı qeyd olunub ki, 31 Mart hadisələri xalqımıza qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, milli yaddaşımızda dərindən həkk olunmuş kədərli bir səhifədir. Bu faciənin qurbanlarının xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.