Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində keçirilən “Mədəniyyət rüzgarı” layihəsi davam edir.
Layihə üzrə 26–31 oktyabr tarixlərində Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” adlı silsilə tədbirlər keçirilir.