Bağla

Füzuli teatrının kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

12-12-2025, 17:08

Bu gün Füzuli Dövlət Dram Teatrının kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə onun abidəsini ziyarət edib.

Teatr rəhbərliyi və əməkdaşları abidə önünə gül dəstələri qoyaraq müasir, müstəqil Azərbaycannın memarı olan Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Ziyarət zamanı Ulu Öndərin ölkənin inkişafında, mədəniyyət və incəsənətin yüksəlişində oynadığı müstəsna rol xatırladılıb.

Teatr kollektivi bildirib ki, Heydər Əliyevin mədəniyyətə göstərdiyi qayğı bu gün də sənət adamlarının fəaliyyətinə ilham verir, Azərbaycan teatrının inkişafına güclü stimul yaradır. Onun mədəni irsi və dövlətçilik fəlsəfəsi daim yol göstəricisi olaraq qalacaq.

Anım tədbiri Ulu Öndərin xatirəsinə ehtiramın və dövlətçilik ənənələrinə sədaqətin bir nümunəsi kimi dəyərləndirilib. Teatr kollektivi bir daha vurğulayıb ki, Heydər Əliyevin ideyaları hər zaman yaşadılacaq və gələcək nəsillərə ötürüləcək.