Bağla

Mərhum hərbi jurnalist Rəşad Süleymanovun 40 ilinə həsr olunmuş tədbir keçirilib

16-04-2022, 10:14

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Füzuli Dövlət Dram Teatrı və Yağlıvənd kənd uşaq musiqi məktəbinin dəstəyi ilə Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2N-li tam orta məktəbdə mərhum hərbi jurnalist Rəşad Süleymanovun 40 ilinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə döyüşçü fotoqraf Nurəhməd Vəliyevin I Qarabağ müharibəsini əks etdirən sərgisinə baxış keçiriblər. Daha sonra tədbiri Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq Rəşad Süleymanovun, eləcə Qarabağ uğrunda həlak olmuş igid oğul və qızlarımızın xatirəsin 1 dəqiqəlik sükutla yad edib. Rəşad Süleymanovun hərbi jurnalistikamızda silinməz izlər qoymuş hərb və müdafiə sahəsində ixtisaslaşan jurnalislərdən biri olduğunu qeyd edib. 
”Rəşad xatirələrdə” adlı poetik tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək hərbi jurnalistikada kifayət qədər söz sahibi olmuş Rəşad Süleymanovun ideya və prinsiplərinin hər zaman dövlətimizin və xalqımızın mənafeyinə xidmət etməsindən söz açıb.

Rayon Ağsaqqallar Şurasının sədri Zülfiqar Əliyev, Rəşadın ilk sinif müəllimi Həqiqət xanım, sinif rəhbəri Solmaz müəllimə  gözləri dolaraq onu xatırladı və  onun vətənə, yurduna bağlığından söhbət açdılar.    

Teatrın aktrisası prezident təqaüdçüsü İntizar Quliyevanın və aparıcı aktyorlar Qaçaq Qarayev, Elşən Gözəlovun ifasında vətənpərvər ruhlu şeirlər,mahnılar, iştirakçılarda Böyük Qələbə sevincin yenidən yaşatdı.

Sonda isə tədbir Ulu Öndərin “Doğma yurdlarımıza qayıdacağıq”monoloqu və Müzəffər Ali Baş Komandanın “Qarabağ bizimdir” şuarı ilə davam edib.

Daha sonra Rəşad Süleymanovun adın daşıyan sinfə baxış keçirilib, şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənib, ”Rəşad xatirələrdə”adlı sənədli film izlənilib. Rəşad Süleymanovun atası Məhəmməd Süleymanov Kurdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıya və Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyeva öz dərin təşəkkürünu bildirib. 

Sonda şəhidin adına ehsan süfrəsi verilib