Bağla

Teatrın 1989-2004-cü ildəki yaradıcı heyəti

22-10-2014, 10:54

Füzuli Dövlət Dram Teatrı yarandığı gündən məlum səbəblərdən bəzi çətinliklərlə üzləşib və teatrın yaradıcı truppası bir neçə dəfə dəyişikliyə məruz qalıb. Qeyd etdiyimiz kimi teatr Sumqayıt şəhəri Hüseyin Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında fəaliyyət göstərib. Bu müddət ərzində teatrın aktyor truppasında Fəxrəddin Salmanov, Arif Məmmədov, Dilarə Bəşirova, Tofiqə Məmmədova, Nahid Qardaşxanov, Habil Xanlarov, İntizar Quliyeva, Kəmalə Əliyeva, Aidə Ələkbərova, Xaliq Məmmədov, Novruz Ağayev, Fatma Əhmədova vəs. kimi aktyor və aktrisalar çalışıb. Onlardan bəziləri dünyasını dəyişib. 

Beləliklə, teatrın sabiq yaradıcı heyətini (1989-2004) sizlərə təqdim edirik:


Ədalət Ziyadxanov - 1999-2000-ci ildə teatrda baş rejissor vəzifəsində çalışıb. İşlədiyi müddətdə Anar "Təhminə və Zaur” , C.Cabbarlı "Almaz” və s. əsərlərə quruluş vermişdir.

Vasif Məmmədov - Teatrda 2001-2004-cü illərdə teatrda baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə Ə.Haqverdiyev "Dağılan tifaq”, A.Məmmədov "Həmyerlilər”, A.Çexov "Təklif”, N.Vəzirov "Ağa Kərimxan Ərdəbilli”, N.Vəzirov "Hacı Qəmbər” və s. əsərlərə quruluş vermişdir.

Valeh Kərimov (xalq artisti) - Teatrda quruluşçu rejissor vəzifəsində çalışmışdır. Novruz Gəncəlinin "Niyə dirilmisən?" əsərinə quruluş vermişdir.

Bəhram Osmanov (Əməkdar incəsənət xadimi) - Teatrda müqavilə əsasında Seyran Səxavətin "Qapıların o üzündə qalan dünya", Vasili Şukşinin "Diribaş adamlar" əsərinə quruluş vermişdir.

Firudin Məhərrəmov (əməkdar artist) - Teatrda quruşuşçu rejissor kimi çalışmışdır. İşlədiyi müddətdə teatrda ilkə imza ataraq Cəlil Məmmədquluzadənin "Danabaşlılar" monimental tamaşasına, Cəfər Cabbarlının "Aydın", Mərkəz Qacarın "Qabanın səfəri" əsərlərinə quruluş vermişdir.

Şahmar Qəribli - Teatrda quruluşçu rejissor vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu" əsərinə quruluş vermişdir.

Arif Məmmədov - Teatrda rejissor-aktyor kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə S.Səxavət "Büst”, S.Rəhman "Toy”, həmçinin özünün müəlifi olduğu "Vətən ağlayır” tamaşalarına quruluş vermişdir, dünyasını dəyişmişdir.

Nazir Rüstəmov - Teatrda quruluşçu rejissor-aktyor kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə H.Orucovun "Məhəbbət yaşayır hələ”, Əfqanın "Qız atası”əsərlərinə quruluş vermiş, "Təhminə və Zaurda” Zaur, hazırladığı tamaşalarda isə müxtəlif obrazlar canlandırmışdır.

Cavanşir İmranov - Teatrda rəssam olaraq çalışmışdır. Bu müddətdə N.Vəzirov "Hacı Qənbər”, M.Qacar "Hiylə”, N.Vəzirov "Ağa Kərimxan Ərdəbilli”, A.Çexov "Təklif”, Ə.Haqverdiyev "Dağılan tifaq”, A.Məmmədov "Həmyerlilər” və s. tamaşalara tərtibat verib, dünyasını dəyişmişdir.

Qətibə İsmayılova - Teatrda ədəbi hissə müdiri vəzifəsində çalışmışdır, dünyasını dəyişmişdir.

İntizar Quluyeva - Teatrda aktrisa olaraq fəaliyyət göstərib. İşlədiyi müddətdə M.F.Axundzadə "Hacı Qara”da Sona, C.Cabbarlı "Almaz”da Almaz, Y.Əzimzadə "Nəsrəddin”də Pəri, C.Məmmədov "Günəş zindanda”, Qarı, H.Əsgərxanov "Pristav Həsənalı bəy”də Həcər, H.Orucov "Məhəbbət yaşayır hələ”də Mehriban və s. rolları canlandırmışdır.

Fəxrəddin Salmanov - Teatrda aktyor kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində M.F.Axundov "Hacı Qara”da Mıkırtıc, İ.Əfəndiyev "Unuda bilmirəm” Kamran, A.Səfərli "Görüş”də İsgəndər, S.S.Axundov "Eşq və intiqam”da Piri baba və s. rolları canlandırmışdır.

Tofiqə Məmmədova - Teatrda aktrisa kimi fəaliyyət göstərib. İşlədiyi müddətdə S.Axundov "Bəndalı bəndə düşüb”də Zərif, V.Şuşkin "Şeytan əməli”ndə Falçı, S.Rəhman "Toy”da Kamilə , N.B.Vəzirov "Hacı Qənbər”də Yetər, M.S.Ordubadi "Beş manatlıq gəlin”də Gülnaz və s. rolları ilə yadda qalmışdır, dünyasını dəyişmişdir.

Dilarə Bəşirova - Teatrda aktrisa kimi fəaliyyət göstərib. İşlədiyi müddətdə S.Rəhman "Toy”da Zalxan, C.Cabbarlı "Almaz”da Fatmanisə, S.S.Axundov "Tamahkar”da Şərəfnisə xanım və s. rolları ilə yadda qalmışdır.

Habil Xanlarov - Teatrda quruluşçu rejissor-aktyor kimi fəaliyyət göstərmişdir. Bu müddətdə A.Məmmədov "Həmyerlilər”də Bulvazov, C.Cabbarlı "Aydın”da Aydın, N.Gəncəli "Nə üçün dirilmisən”də Ədalət, Y.Əzimzadə "Nəsrəddin”də Nəsrəddin, Ə.Əmirli "Varlı qadın”da Ötkəm və s. rolları ilə yadda qalmışdır.

İradə Zeynalova - Teatrda truppa müdiri-aktrisa kimi fəaliyyət göstərmişdir İşlədiyi müddətdə M.Vasiyev "Duel”də Nazlı, F.Mustafa "Ayı təbəssümü”ndə Leyla və s. rolları canlandırmışdır.

Xaliq Məmmədov - Teatrda aktyor kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə C.Məmmədquluzadə "Danabaşlılar”da Xudayar bəy, Əfqan "Qız atası”nda Rəssam, A.Məmmədov "Həmyerlilər”də Sarı Sarıyev, C.Məmmədquluzadə "Kişmiş oyunu”nda Erməni Karapet və s. rolları ilə yadda qalmışdır.

Novruz Ağayev - Teatrda aktyor kimi fəaliyyət göstərib.İşlədiyi müddətdə C.Cabbarlının "Almaz”da Baloğlan, A.Şaiq "Bir saatlıq xəlifə”də Vali, A.Məmmədov "Kişilər”də Göyüş, Y.Əzimzadə "Nəsrəddin”də Darğa və s. obrazları canlandırmışdır.

Nahid Qardaşxanov - Teatrda aktyor kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə M.F.Axundzadə "Hacı Qara”da Heydər bəy, C.Cabbarlı "Almaz”da İbad, H.Orucov "Məhəbbət yaşayır hələ”də Zəfər, M.Vasiyev "Duel”də Əziz və s.rolları canlandırmışdır.

Aidə Ələkbərova - Teatrda Aktrisa kimi fəaliyyət göstərib. İşlədiyi müddətdə C.Cabbarlı "Almaz”da Yaxşı, H.Orucov "Məhəbbət yaşayır hələ”də Xatirə, C.Cabbarlı "Aydın” da Gültəkin, M.Vasiyev "Duel”də Nazlı və s.rolları ilə yadda qalmışdır.

Kəmalə Əliyeva - Teatrda aktrisa kimi fəaliyyət göstərib.İşlədiyi müddətdə Anar "Təhminə və Zaur”da Təhminə, C.Cabbarlı "Aydın”da Böyükxanım və s.rolları canlandırmışdır.