Bağla

Füzuli Dövlət Dram Teatrının aktyoru Elçin Məmmədovun doğum günüdür

28-12-2022, 09:14

Bu gün Füzuli Dövlət Dram Teatrının aktyoru Elçin Məmmədovun 41 yaşı tamam olur.

Elçin Mehman oğlu Məmmədov 28 dekabr 1981-ci ildə Füzuli rayonun Əhmədalılar kəndində anadan olub. 2011-ci ildən Füzuli DDT-da aktyor olaraq çalışır. Bu müddətdə S.Dağlı "Oyun bitdi”də Rasim, Q.Rəsulov "Məhəbbət oyunu”da Camal, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Fəqan, İ.Əfəndiyev "Unuda bilmirəm”də gürcü mayor, M.F.axundzadə "Hacı Qara”da Naçalnik, İsa, İ.Əfəndiyevin “Hökmdar və qızı”Cavad xan və s. obrazları canlandırıb.

Füzuli Dövlət Dram Teatrının kollektivi bu münasibətlə Elçin Məmmədovu təbrik edir, uzun ömür, cansağlığı arzulayır.