Bağla

Teatrın unudulmazları

22-10-2014, 15:46

Füzuli Dövlət Dram Teatrında Mələksima Həsənova, Abdulla Abdullayev, Allahyar Əliyev, Aqil Novruzov kimi unudulmaz sənətkarlar çalışıb. 

Teatrda çalışmış unudulmaz sənətkarlar haqqında ümumi məlumatı sizlərə təqdim edirik:


Mürşüd Mehdi oğlu Həşimli (əməkdar artist) - Teatrda quruluşçu rejissor kimi fəliyyət göstərmişdir. İşlədiyi müddətdə Z.Hacıbəyov "Evlikən subay” ,C.Cabbarlı "Aydın” ,C.Cabbarlı "Solğun çiçəklər”, S.Vurğun "Vaqif”, C.Cabbarlı "Almaz”, Ü.Hacıbəyov "O olmasın, bu olsun” və s.tamaşalara quruluş vermiş, həmçinin baş rollarda oynamışdır.

Səfər Məhəmmədəli oğlu İbrahimov – Teatrda aktyor işləmiş, bununla yanaşı rəssam kimi də fəaliyyət göstərmişdi. Ü.Hacıbəyov "Leyli və Məcnun” operası, "Əsli və Kərəm” operası ,"O olmasın bu olsun” operası və s.əsərlərə tərtibat verib. Həmçinin N.Xəzri "Xəzərin övladları”nda Yusif, Ə.Kürçaylı "Mənsiz yaşa” komediyasında Zülfüqar, Ü.Hacıbəyovun "Leyli və Məcnun”da Zeyd, "Əsli və Kərəm”də Keşiş və s. obrazları canlandırmışdı.

Həsənova Mələksima Cəfər qızı - Teatrda aktrisa olaraq fəaliyyət göstərmişdi. Bu müddətdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun”da Gülnaz, Ü Hacıbəyov "Arşın mal alan”da Xala, İ.Əfəndiyev "Bahar suları”nda Ballı arvad, R.Heydər "Ana intizarı” nda Həcər ana və s.obrazları ilə yadda qalmışdır.

Əliyev Adışirin Kərim oğlu - Teatrda rejissor kimi fəaliyyət göstərmiş. Ə.Kürçaylı "Mənsiz yaşa” əsərində Ataş , Z.Hacıbəyov "Əlli yaşında cavan”da Mərcan bəy, Ü.Hacıbəyov "Əsli və Kərəm”də Hələb paşası, Ü.Hacıbəyov "O olmasın, bu olsun” da Qoçu Əsgər, S.Vurğun "Vaqif”də Əli bəy , M.S.Ordubadi "Beş manatlıq gəlin” də Qiyas və.s. rolları oynamış həmçinin qeyd olunan bu tamaşalara quruluş vermişdir.

Abdullayev Ağabala Məmmədbağır oğlu - Teatrda aktyor kimi fəliyyət göstərmişdi. Bu müdətdə Ü.Hacıbəyov "Leyli və Məcnun”da Məcnun, Ü.Hacıbəyov "Əsli və Kərəm”də Kərəm, Ü.Hacıbəyov "O olmasın bu olsun”da Sərvər, C.Cabbarlı "Aydın”da Surxay, N.Vəzirov "Hacı Qənbər”də Aşıq Vəli və s. obrazları canlandırmışdır.

Əliyev Allahyar Zülfalı oğlu - Teatrda aktyor kimi fəliyyət göstərmişdir. İşlədiyi müdətdə Z.Hacıbəyov "Əlli yaşında cavan” komediyasında Qulu, Ü.Hacıbəyov "Ər və Arvad”da Kərbəlayı Qubad, N.Vəzirov "Hacı Qənbər” də Cəbi, S.Dağlı "Oyun bitdi” komediyasında Gavı və s. obrazları canlandırmışdır.

Abdullayev Abdulla Məmmədbağır oğlu – Teatrda aktyor kimi fəliyyət göstərmişdir. Bu müdətdə Ü. Hacıbəyov "Əsli Kərəm”də Şah, N.Vəzirov "Hacı Qənbər”də Molla Səfi, Ü.Hacıbəyov "Arşın mal alan”da Soltan bəy, C.Cabbarlı "Sevil”də Atakişi, C.Cabbarlı "Almaz”da Ocaqverdi.və s. rolları ilə yadda qalmışdır.

Novruzov Aqil Muxtar oğlu - 1989-cu ilin oktyabr ayında teatra quruluşçu rejissor təyin olunub. Bu müddətdə M.F.Axundov "Hacı Qara”, İ.Əfəndiyev "Unuda bilmirəm, V.Adıgözəlov "Nənəmin şahlıq quşu”, V. Şukşin "Diribaş adamlar”, S.S.Axundov "Eşq və İntiqam”, A.Səfərli "Fantan ərə gedir” və s. tamaşalara quruluş vermişdir.