Bağla

“Ələddinin sehrli çırağı” əsərinin məşqləri gedir

14-02-2018, 13:06
Füzuli Dövlət Dram Teatrında 2018-ci ilin repertuarında olan, ərəb xalq nağıllarının motivləri əsasında hazırlanan Nicat Kazımovun "Ələddinin sehrli çırağı” əsərinin son məşqləri gedir. 

Tamaşanın quruluşçu rejissoru Sehran xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. 

Tamaşada əsas rollarda Nicat Süleymanzadə, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Sevinc Məmmədova, Habil Hacıyev, Sehran Xanlarov çıxış edir. 

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.