Bağla

Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib

31-10-2026, 12:56

Füzuli Dövlət Dram Teatrı 31 oktyabr tarixində İmişli rayonunda “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.

Obrazları Günay Çobanzadə , Xurşud Babayeva , Şəbnəm Baxışova,Gülgəz Soltanova, Qəlbinur Əhmədli, Vüqar Babayev və Sahilə Abbasova canlandırıblar.

Səhnə əsərinin əsas ideyası uşaqlara böyüklərin sözünü dinləməsi, ehtiyatlı və düşüncəli davranmasının vacibliyini aşılamaqdır. Düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır. Birlik və həmrəylik kimi ideyaları da əks etdirən tamaşa böyük maraqla qarşılanıb və uşaqların əylənməsinə səbəb olub.