Bu gün Füzuli Dövlət Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Elçin Əfəndiyevin “Qatil” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada rolları İntizar Quliyeva, Qaçaq Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova və Elza Vəliyeva ifa ediblər.
Səhnə əsəri tamaşaçılara teatr sənətinin emosional və düşündürücü imkanlarını təqdim edərək maraqlı sənət təəssüratı yaradıb.