Bağla

"Molla Nəsrəddin" komediyası Horadiz ictimaiyyətinə nümayiş etdirilib

03-11-2023, 14:29

Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuarında olan Xaqani Əliyevin "Molla Nəsrəddin" komediyası Horadiz ictimaiyyətinə və məktəblilərə nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Günay Çobanzadə, Şəlalə Nəsirova, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov və başqaları ifa edir.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.