Bağla

Teatr “Nəsimi eşqi” adlı poetik xalq tamaşası ilə “N” saylı hərbi hissələrdə çıxışlara start verib

07-05-2019, 13:18

Füzuli Dövlət Dram Teatrı Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması münasibətilə hazırlanan "Nəsimi eşqi” adlı poetik xalq tamaşası ilə "N” saylı hərbi hissələrdə çıxışına start verib. 

Belə ki, teatr Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissədə həmin tamaşa ilə çıxış edib. Müdafiə Nazirliyinin rəsmilərinində iştirak etdiyi tədbir hərbi hissə heyəti tərəfindən böyük maraqla qarşılanıb. 

Silsilə tədbirlərin davamı olaraq teatrın 11.05.2019-cu il tarixinədək Füzuli, Ağcabədi və Bərdə rayon ərazilərində yerləşən "N”saylı hərbi hissələrdə eyniadlı tədbir ilə çıxışı nəzərdə tutulub.