Bağla

"Olmadı elə,oldu belə” əsəri ictimaiyyətə təqdim olundu

22-06-2016, 17:12

Füzuli Dövlət Dram teatrı 2016-cı il repertuarında olan Ş.Qurbanovun "Olmadı elə, oldu belə” əsərini Horadiz şəhərində yerləşən idarə və müəssisələrin, həmçinin rayon Təhsil şöbəsinin kollektivinə təqdim edib.

Tamaşanın qurluşcu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rolları Qaçaq Qarayev, Sehran Xanlarov, Əli Hüseynov, İntizar Quliyeva, Fatimə Səfərəliyeva, Füruzə Səfərəliyeva, Elşən Gözəlov, Aygün Cəfərova,Vüqar Babayev və başqaları ifa etdilər.

Tamaşa qonaqlar tərəfindən böyük mararağla qarşılandı. Tamaşanın sonunda çıxış edənlər tamaşadan razı qaldıqlarını bildirdilər və kollektivə gələcək işlərində uğurlar arzuladılar.

Tədbirin sonunda xatirə şəkili çəkdirildi.