Bağla

Füzuli teatrı “Nənənin kələyi” tamaşası ilə İmişli rayonuna qastrol səfəri edib

26-04-2026, 15:45

Bu gün Füzuli Dövlət Dram Teatrı Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşası ilə İmişli rayonuna qastrol səfəri edib.

Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Ziyad Süleymanovdur. Səhnə əsərində rolları İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Qaçaq Qarayev, Qəlbinur Əhmədli, Səbuhi Əhmədov və Aygün Cəfərova ifa ediblər.

“Nənənin kələyi” tamaşası iki gəncin saf məhəbbəti üzərində qurulmuş, eyni zamanda ailə dəyərlərini, milli ənənələri və nəsillərarası münasibətləri yumorla əks etdirən maraqlı komediyadır. Hadisələrin mərkəzində bir-birini sevən iki gəncin ailə qurmaq arzusu dayanır. Lakin bu arzunun qarşısında gözlənilməz bir maneə – qızın həyat təcrübəsi zəngin, uzaqgörən və bir qədər sərt xarakterli nənəsi dayanır.

Tamaşa sevginin gücünü, ailə birliyinin vacibliyini və böyüklərin xeyir-duasının əhəmiyyətini təsirli, eyni zamanda yumor dolu səhnələrlə tamaşaçıya çatdırır.