Bağla

Füzuli teatrında "Qırmızı Papaq " tamaşasının ictimai baxışı oldu

13-03-2026, 18:36

Bu gün Füzuli Dövlət Dram Teatrının 2026-cı il repertuarında olan Şarl Perronun "Qırmızı Papaq " nağılı əsasında hazırlanmış tamaşanın ictimai baxışı oldu.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Şəlalə Kərimova, təsvir rejissoru Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. 

Tamaşada rolları Xurşud Babayeva, Anar Buludov, İntizar Quliyeva, Səbuhi Əhmədov, Püstə Əhmədova, Günay Çobanzadə, Vüqar Babayev, Vüsal Həsənov ifa ediblər.

Tamaşa Qırmızı Papağın başına gələn hadisələrdən, canavarın Qırmızı Papağın nənəsinin yerinə keçərək onu aldatmağından bəhs edir. Sonda xeyirin qələbəsi, dostluğun, birliyin nümayişi əks olunur.

Tamaşa azyaşlı tamaşaçıların marağına və əylənməsinə səbəb oldu.