Bağla

"Sən həmişə bizimləsən"...

25-12-2014, 12:00

Bu il böyük yazıçı, nasir, dramaturq, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, "Şöhrət” ordenli, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan ədəbiyyatı tarixinə adını qızıl hərflərlə yazmış İlyas Əfəndiyev yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ədibin təltif olunması və yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. Bu diqqəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il İlyas Əfəndiyevin 100 illik yubleyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq teatrımız ədibin 100 illik yubleyi ilə əlaqədar rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində silsilə tədbirlər keçirmişdir. Dövlət sifarişi yolu ilə ədibin "Unuda bilmirəm” əsəri hazırlanıb rayon ictimaiyyətinə təqdim olunmuşdur. 20 dekabr 2014-cü il tarixdə isə ssenari müəlifi və quruluşçu rejissoru Vaqif Vəliyev olan "Sən həmişə bizimləsən” adlı ədəbi-bədii məclis keçirildi. ədəbi-bədii məclisssenari müəlifi və quruluşçu rejissoru Vaqif Vəliyev olanTədbirdə böyük yazıçımız İlyas Əfəndiyevin oğlu nasir, dramaturq, Baş nazirin müavini Elçin Əfəndiyev və onun ailə üzvləri, həmçinin Füzuli rayon icra başçısı və rayon ziyalıları iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubleyinin keçirilməsi haqqında imzaladığı sərəncamın oxunması ilə başladı. Daha sonra söz rayonun icra başçısı Alı Alıyevə verildi. Çıxışdan sonra ədibin həyat və yaradıcılığından bəhs edən videoçarx göstərildi. Sonra aparıcılar səhnəyə daxil olaraq İlyas Əfəndiyev haqqında məlumat verdilər. Ədibin "Unuda bilmirəm”, "Mahnı dağlarda qaldı”, "Bizim qəribə taleyimiz”, "Bahar suları” əsərlərindən parçalar təqim olundu. Sonda Elçin Əfəndiyevə söz verildi. O, tədbir haqqında öz təəssüratlarını söylədi və xatirə şəkli çəkdirildi.