Bağla

Arif Mədətovun "Xanışın toyu" əsərinin son məşqləri gedir

05-07-2016, 12:37

Füzuli Dövlət Dram Teatrında yazıçı Arif Mədətovun "Xanışın toyu” əsərinin son məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşcu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Elşən Gözəlov, Qorxmaz Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Məryəm Məmmədova, Elçin Məmmədov, Fatimə Səfərəliyeva və digərləri iştirak edir.

Tamaşa bu yaxınlarda rayon ictimaiyyətinə təqdim olunacaq.