Füzuli Dövlət Dram Teatrı torpaq çərşənbəsi ilə əlaqədar Füzuli rayonunun Horadiz şəhərində bayram proqramı ilə çıxış edib.
Şən mahnı və rəqslər, Kosa, Keçəlin bayram sərgüzəştləri insanlarda yüksək bayram əhval- ruhiyyəsi yaradıb.
Milli adət-ənənələrimizi özündə əks etdirən bayram proqramı Dədə Qorqudun müdrik kəlamı və bayram tonqalının yanması ilə sona çatıb.