Füzuli Dövlət Dram Teatrı 26 iyun Azərbaycan Milli Ordusunun yaranmasının 105-ci ildönümü ilə əlaqədar Suqovuşan, Ağdam, Tərtər, Bərdə və ətraf rayonlarda qastrol səfərinə start verib.
Konsert-tamaşa proqramına uyğun olaraq teatr repertuarında olan tamaşalardan parçalar, aparcıların ifasında əsgər həyatına, vətənə həsr olunmuş şeir və sözlər, musiqi nömrələri ilə çıxış edib.
Təqdim olunan proqram hərbi hissə heyətində xoş əhval-ruhiyyə yaradıb.
Teatr kollektivi şəxsi heyət tərəfindən hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində yaxından iştirakına görə yüksək qiymətləndirilib.
Sonda xatirə şəkli çəkilib.