Bağla

Füzuli teatrı "Azadlıq carçıları" poetik xalq faciəsini orta məktəbin müəllim və şagirdlərinə təqdim edib

18-01-2024, 13:43

Füzuli Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Füzuli Dövlət Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Azadlıq carçıları" adlı poetik xalq faciəsini Horadiz şəhər 2 N-li tam orta məktəbin müəllim və şagirdlərinə təqdim edib. 

Əvvəlcə Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşada faciə qurbanlarının obrazları, onların keçdiyi həyat yolu, yarımçıq qalan arzuları əks olunur.