Bağla

Füzuli teatrı Beyləqan rayonunda qastrol səfərində olub

30-11-2025, 13:52

Füzuli Dövlət Dram Teatrı Şərq nağılları əsasında hazırlanmış "Ələddinin sehrli çırağı " nağıl tamaşa ilə Beyləqan rayonunda qastrol səfərində olub. 

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, plastik həll üzrə rejissor Anar Bulud, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.

Tamaşa Ələddinin sehirli çırağı taparaq şahzadə Jasmini divlərin, cadugər Səlimdən xilas etməsindən, xeyirin şər üzərində qələbəsindən bəhs edir.

Tamaşada rolları Emin Abışov, Vüqar Babayev, Anar Buludov, Püstə Əhmədova, Asif Şirinov, İntizar Quliyeva, Şəbnəm Baxışova, Vüsal Həsənov, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli ifa edib.

Tamaşa uşaqlarda xoş əhval-ruhiyyə yaradıb və əylənmələrinə səbəb olub.